2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 4 mlrd. 431 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 2 mlrd. 232 mln. manat məbləğində heyvandarlıq, 2 mlrd. 199 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,5% artıb.
Bundan başqa, yanvar-avqust aylarında respublikada 312,6 min ton ət (artım 2,4%), 1 mln. 348,5 min ton süd (artım 1,3%), 1 mlrd. 154,4 mln. ədəd yumurta (artım 7,6%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 0,9% artıb.
Sentyabr ayının 1-nə kimi tarlalardan 707,5 min ton kartof (azalma 3,7%), 1 mln. 57,1 min ton tərəvəz (artım 7,3%), 400,8 min ton bostan məhsulları (azalma 7,9%), 359,3 min ton meyvə və giləmeyvə (artım 1,1%), 37,7 min ton üzüm (artım 9,3%), 2,9 ton tütün (azalma4,2%), 506,5 ton yaşıl çay yarpağı (azalma 31,4%), 2 mln. 675,3 min ton qarğıdalı daxil olmamaqla yaz və payız dənli bitkilər yığılıb (azalma 5,6%).
Bundan əlavə, sentyabrın əvvəlinə pambıq yığımı 465,5 ton (artım 7 dəfə), şəkər çuğundurunun yığımı 61,8 min ton (artım 71,6 dəfə), günəbaxan yığmı 27,9 min ton (artım 2 dəfə) təşkil edib.
Sentyabrın 1-nə Azərbaycanda (qarğıdalı daxil olmaqla) taxıl istehsalı 2 mln. 759,8 min ton təşkil edib. **
A.Əzizov