“Ərzaqməhsullarının tədarüküvə təchizatı”ASCQətərə yumurta ixracına başlamağı planlaşdırır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
““Ərzaqməhsullarının tədarüküvə təchizatı”ASC Qətərə yumurta ixracına təşkilə dair müraciətinə müsbət cavab verilib. Bir gün ərzində ASC-yə ixrac məhsullarına mənşə sertifikatı verilib”, - Mərkəzdən qeyd ediblər.
Məlumatda tədarükün həcmi və başlaması tarixi qeyd olunmur.
2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 1 mlrd. 154,4 mln. yumurta istehsal olunub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,6% çoxdur. **
A.Əzizov