İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 15 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub, 26 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 189 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
R.Babayev