Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi layihəsini Nazirlər Kabinetinə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev məlumat verib.
“Sentyabrın 15-də “Büdcə sistemi haqqında” qanuna və “2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə 2019-2021-ci illər üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub”, - M.Piriyev bildirib.
Bununla yanaşı, o, dövlət büdcəsinin göstəricilərini dəqiqləşdirməyib.
Qüvvədə olan qanunvericiliyə əsasən, sentyabrın 25-dək Nazirlər Kabineti layihəni müzakirə edərək baxılması üçün Azərbaycan prezidentinə təqdim etməlidir. Oktyabrın 15-dən gec olmayaraq Prezident Administrasiyası layihəni parlamentə təqdim etməlidir. **
A.Əzizov