Azərbaycan və Türkiyənin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynayır. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov belə hesab edir.
Sentyabrın 18-dən ölkədə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb.
“Z.Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışında keçirilən təlimlərin əhəmiyyətini vacib hesab edib. Nazir bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu vurğulayaraq bu təlimlərin hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsində çox vacib rol oynadığını bildirib”, - nazirliyin məlumatında qeyd olunur.
Öz növbəsində, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğuladı. Onun fikrincə, son illərdə bu cür təlimlərin bunun artıq ənənə halını almasını qeyd edib.
“Müdafiə naziri, uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb”, - məlumatda bildirilir.
Azərbaycan və Türkiyənin birgə taktiki-uçuş təlimləri sentyabrın 30-dək davam edəcək. **
F.İsazadə