Bazar ertəsi Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin bank hesablarını açdı.
“Vergilər Nazirliyi Turan agentliyinə qarşı vergi borcunu ötən həftə ləğv etdikdən sonra agentliyin bank hesabları sentyabrın 18-də açılıb”, - agentliyin məlumatında deyilir.
Eyni zamanda, agentliyə qarşı qaldırlmış “cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir”. “Beləliklə, agentliyin normal işinin təmin edən şərait hələ ki, yaradılmayıb”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, M.Əliyev avqustun 24-də Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə saxlanılıb.
O, 60,08 min manat ($35 min) məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham olunub.
Yasamal Rayon Məhkəməsinin 25 avqust tarixli qərarı ilə M.Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində bazar ertəsi polis nəzarəti qətimkan tədbiri seçilib.
Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib. Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib.
“Turan” İnformasiya Agentliyi 1990-cı ilin may ayında təsis edilib. **
F.İsazadə