Bakıda “Alov qüllələri” kompleksində fövqəladə hallar zamanı xüsusi taktiki təlimlərə start verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Bazar ertəsi nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətisaat 15:00-da “Alov qüllələri” kompleksində “İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlimlərin keçirilməsinə başlayıb”, - məlumatda qeyd olunur.
Təlimə ümumilikdə nazirliyin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunub. **
R.Babayev