Erməni lobbisi “История транснационального армянского терроризма в ХХ столетии: историко-криминологическое исследование” monoqrafiyasının müəllifi, tanınmış rusiyalı tarixçi və politoloq Oeq Kuznetsova təzyiqləri davam etdirir.
“2015-ci ildə monioqrafiyamı tədqiq edən Rusiya Təhlükəsizlik Şurası burada heç bir “ekstermizmin” olmaması qənatinə gəlib. Buna baxmayaraq, 2017-ci ildə RF İstintaq Komitəsi iki ilə öncə açılan işi təkrar qaldıraraq yenidən yoxlamaya göndərdi”, - “İnterfaks-Azərbaycan” agentliyinə O.Kuznetsov bildirib.
Onun sözlərinə görə, iki il əvvəl 6 ekspertdən ibarət qrup monoqrafiyanı “ektremizm” mövzusunda yoxlayıb.
“Yoxlamanın hökmü ondan ibarət olub ki, kitab millətlərarası ədavəti qızışdırmır, heç kəsin hüquqlarını sıxışdırmır, mənəvi zərər yetirmir. Bu, akademik elmi araşdırmadır”, - o qeyd edib.
O.Kuznetsov bildirib ki, bu günlərdə o aparılan yoxlamanın nəticələri üzrə cinayət işinin açılmasına imtinaya dair müstəntiqdən qətnamə alıb.
“Düşünürəm ki, kitabımın 100 min tirajla ingilis dilində Belində çap edilməsi də erməni tərəfinin narazılığına səbəb olub. Bu, monoqrafiyanın yayılması ilə iri zərərlər görən Ermənistanın “Aşan” və “Taşir” şirkətlərinin nüfuzuna zərbədir. Çünki həmin şirkətlər Dağlıq Qarabağda erməni terrorçularının maliyyələışdirilməsində şübhəli bilinirlər”, - tarixçi qeyd edib.
O.Kuznetsov vurğulayıb ki, monoqrafiyanın əlavə ekspertizadan keçirilməsi bir ay zaman alacaq.
“Sentyabrın 4-də əlavə yoxlamalar başlayıb və oktyabrın 4-dək davam edəcək. Bundan sonra məsələ tam bağlanacaq. Düşünürəm ki, yeni qərar da ermənilərin xeyrinə olmayacaq”, - o bildirib. **
R.Babayev