1997-ci ilin noyabr ayından 2017-ci il sentyabr ayının 1-dək olan dövrdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) hasil edilən neftin ümumi həcmi 435,6 mln. ton təşkil edib. Bu barədə SOCAR-ın (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qeyd edir.
“Blokun işlənməsinə başlandığı dövrdən etibarən sentyabrın 1-nə AÇG blokundan 435,6 mln. ton neft və 136,3 mlrd. kubmetr qaz hasil edilib”, - X.Yusifzadə bildirib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə bitirdi. Lakin sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli”(AÇG) AÇG yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanıb.
Yeni sazişə görə, Britaniyanın BP şirkətinin payı (layihənin operatoru) 30,37%, SOCAR - 25%, ABŞ-ın Chevron şirkətinin - 9,57%, ExxonMobil - 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. - 9,31% və ITOCHU Oil - 3,65%, Norveçin Statoil - 7,27%, Türkiyənin TPAO - 5,73% təşkil edəcək.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.**
A.Əzizov