Azərbaycan Mərkəzi Bankı bank sektorunda yüksək likvidlik şəraitində sterilizasiya alətlərinə daha yüksək tələbatın olduğunu qeyd edir.
“Bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olunub”, - AMB-nin məlumatında deyilir.
Bank qeyd edir ki, dövr ərzində monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalıb.
“2017-ci ilin əvvəlindən pul bazası 6%-dən çox artıb”, - məlumatda vurğulanır.
Qiymətləndirmələrə görə, Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.
Bununla yanaşı, bank qeyd edeir ki, kredit aktivliyi bərpa olunmayıb. **
A.Əzizov