Azərbaycan hökuməti ölkə iqtisadiyyatı qarşısında duran yeni çağırışların reallaşdırılmasında Dünya Bankının dəstəyinə ümid edir. Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
“25 illik əməkdaşlıq dövrü ərzində DB Azərbaycana $3,6 mlrd. məbləğində kredit ayırıb. Hazırda 10 layihə reallaşdırılma mərhələsindədir. Onların həyata keçirilməsinə bank $1,14 mlrd. ayırıb”, - E.Rüstəmov çərşənbə axşamı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırki şəraitdə Azərbaycan iqtisadiyyatı qarşısında yeni çağırışlar durur. “Bu, makroiqtisadi sabitliyin təminatı, yeni iqtisadi artım modelinin tətbiqi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkşafı, maliyyə sektrounun təkrar strukturlaşmasının başa çatdırılmasıdır. Yeni çağırışların həllində DB-nin dəstəyinə ümid edirik”, - E.Rüstəmov qeyd edib. **
A.Əzizov