Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hava Hücumundan Müdafiə (HHM) qoşunlarına mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə müvafiq tapşırıqlar verib. Bu barədə nazirlikdən məlumat verilib.
“Z.Həsənov mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub”, - məlumatda deyilir.
Z.Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib. **
F.İsazadə