Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar $200 mlrd.-ı ötüb, həmçinin birbaşa xarici investisiyalar $76 mlrd. təşkil edib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Müstəqillik dövrü ərzində iqtisadiyyata sərmayələr $200 mlrd.-ı ötüb, bunun $76 mlrd.-ı birbaşa xarici investisiyaların payına düşüb”, - Ş.Mustafayev çərşənbə axşamı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq maliyyə təsisatları, həmçinin DB ilə fəal əməkdaşlıq edir. “Bunun sayəsində Azərbaycan liberal bazara tam keçməyə müvəffəq olub”, - nazir qeyd edib.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan özəl sektorun inkişafı məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə fəal əməkdaşlıq edir ($500 mln. - İF). **
A.Əzizov