Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyi barəsində vergi sanksiyasını bərpa edib. Bu barədə agentliyin saytında məlumat verilir.
“Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyi barəsində 2014-2016-cı illərə aid 37 min manat məbləğində vergi sanksiyasını bərpa edib”, - məlumatda deyilir.
Bazar ertəsi agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə üç məktub daxil olub. “Məktubda deyilir ki, agentliyin 27,253 min manat borcu və daha 9,294 min manat faiz borcu var. Bu məzmunda məlumatlar Vergilər Nazirliyinin saytında agentliyin “elektron poçtu”na daxil olub”, - “Turan” bildirib.
Sentyabrın 16-da agentliyin yaydığı məlumatda deyilir ki, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat ($21,7 min) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
Agentliyin məlumatına görə, Departament bu barədə “Turan” İA-ya xəbərdarlıq edib və müvafiq məktub göndərib.
Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. **
R.Babayev