Oktyabrın sonlarında Bakının kanalizasiya sisteminin yenidən qurulması işləri başa çatacaq. Bunu Azərbaycanın baş nazirinin müavini Abid Şərifov deyib.
"Bakının kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər davam edir və bir ay ərzində bitməlidir", - A.Şərifov bildirib.
O qeyd edib ki, bu işlərin reallaşdırılmasına "Azərsu" ASC-yə 12 mln. manat vəsait ayrılıb.
“Doqquz layihə təhlil olunub, müvafiq qurumlarla razılaşdırılıb. İşlər, soyuq və yağış başlamadan, gələn ayın sonuna kimi başa çatmalıdır”, - baş nazirin müavini vurğulayıb. **
R.Babayev