2018-ci il dövlət büdcəsi əsas parametrləri sənədin Nazirlər Kabinetində müzakrəsindən sonra açıqlanacaq. Bunu maliyyə naziri Samir Şərifov çərşənbə axşamı jurnalistlərə deyib.
“2018-ci il dövlət büdcəsi layihəsi Nazirlər Kabineti tərəfindən baxılmalıdır. Bundan sonra sənəd dövlət başçısına təqdim olunacaq. Nazirlər Kabinetinin dövlət büdcəsinə həsr olunan iclasından sonra, əsasparametrlər açıqlanacaq. Bir neçə gün gözləmək lazımdır, bundan sonra bütün məlumatlar veriləcək”, - S.Şərifov qeyd edib.
Sentyabrın 25-dək Nazirlər Kabineti dövlət büdcəsi layihəsini müzakirə etməlidir.
Xəbər verildiyi kimi, sentyabrın 15-də Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə 2019-2021-ci illər üçün icmal büdcənin göstəricilərini Nazirlər Kabinetinə təqdim edib. **
A.Əzizov