Azərbaycanda neft sahəsinin əməkdaşlarının orta aylıq pensiya məbləği 430,8 manat təşkil edir (cari mzəzənnə ilə $253,3). Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Həmin vətəndaşların pensiyalarının orta aylıq məbləği hər il artır”, - məlumatda deyilir.
Hazırda neft sənayesində çalışmış 28,3 min nəfər pensiya alır.
Məlumatda qeyd olunur ki, bu ilin yanvar-avqust aylarında SOCAR tərəfindən neft sənayesində işləyən sığortaolunanlar üzrə ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği 96 mln. manatdan çox olub. **
A.Əzizov