Rusiya-Azərbaycan Parlamentlərarasıdostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, Rusiyada azərbaycanlıları birləşdirən yeni təşkilat yaratmaq lazımdır.
Çərşənbə axşamı Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərarın qanuni olduğunu təsdiq edib.
“Azərbaycan Rusiyanın çoxdankı və çox yaxşı dostudur. “Ümumrusiya Azərbaycan Konqresi” İctimai Təşkilatınınbağlanması çox kədərli hadisədir. Lakin bu bizim ölkələr və xalqlar arasında mövcud olan gözəl münasibətlərə təsir etməməlidir”, - D.Savelyevin bəyanatında qeyd olunur.
Onun fikrincə, yaxın zamanda Rusiyada azərbaycanlıların ictimai birliyinin yenidən yaradılması üçün səy göstərmək lazımdır.
“Əminəm ki, ÜAK-ın əldə etdiyi yaxşı nəticələr qorunacaq və artırılacaq. Yeni təşkilatın yaradılması ənənəvi çərçivələri genişləndirməyə, qarşıya daha ambisiyalı məqsədlər qoymaq üçün səbəb olmalıdır. Əminəm ki, ÜAK-ın hazırki və yeni strukturun rəhbərliyi ilə düşünülmüş tədbirlər ən yaxşı formada reallaşdırılacaq”, - o qeyd edib. **
A.Əzizov