SOCAR şirkəti (ARDNŞ) 2018-ci ilin II yarısında Xəzər dənizinin Azərbaycan sektorunda “Babək” strukturunda kəşfiyyat işlərinə başlamağı ümid edir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Hazırda 2018-ci iin ikinci yarısında “Babək” strukturunda kəşfiyyat işlərininin başlanmasına hazırlıq gedir”, - R.Abdullayev “Xalq” qəzetində dərc olunan məqaləsində bildirib.
O həmçinin vurğulayıb ki, hazırda “Ümid” yatağında 16 saylı kəşfiyyat quyusunda qazma işləri aparılır.
“2012-ci ildən etibarən 1 sentyabr 2017-ci il tarixinədək “Ümid” yatağından ümumilikdə 1,5 mlrd. kubmetrə yaxın qaz və 237,4 min ton kondensat hasilo olunub”, - o qeyd edib.
Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb. Sazişə, həmçinin adı çəkilən dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında bağlanmış Müqavilə əlavə olunur. Müqavilə 2017-ci ilin may ayında qüvvəyə minib. **
A.Əzizov