SOCAR şirkəti (ARDNŞ) 2017-ci ilin yanvar-avqust aylarında 5 mln. ton neft və 4 mlrd. kubmetr qaz hasil edib. Bunu şirkətin prezidenti Rövnəq Abdullayev qeyd edib.
“Cari ilin yanvar-avqust aylarında Azərbaycanda neft hasilatı 25,6 mln. ton, həmçinin SOCAR üzrə - 5 mlt. ton təşkil edib”, - R.Abdullayev “Xalq” qəzetində dərc olunan məqaləsində bildirib.
O vurğulayıb ki, hesabat dövrü ərzində ölkədə qaz hasilatı 18,7 mlrd. kubmter təşkil edib, bunun 4 mlrd. kubmetri SOCAR-ın payına düşüb.
R.Abdullayev bəyan edib ki, indiyədək Azərbaycanda ümumilikdə 1 mlrd. 971 mln. ton neft hasil olunub. “Yaxın zamanda 2 mlrd. ton neft hasilatına nail olacağıq”, - ARDNŞ prezidenti yazır.
2016-cı ildə SOCAR 7 mln. 521 min ton neft, 6 mlrd. 266,7 mln. kubmetr qaz hasil edib. **
A.Əzizov