2017-ci ildə SOCAR şirkəti (ARDNŞ) üzrə qazmaişlərininhəcmi 148 min metrə yaxın təşkil edəcək. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə SOCAR üzrə qazmaişlərininhəcmi 105,245 min metr təşkil edib. Beləliklə, 2017-ci ildə qazmaişlərininhəcmi 40% artacaq.
“Cari ilin 8 ayı ərzində SOCAR üzrə qazmaişlərininhəcmi 93,646 min metr olub, 52 quyu istifadəyə verilib. Ümumilikdə, 2017-ci ildə qazmaişlərininhəcmi 148 min metrə yaxın səviyyədə planlaşdırılır”, - R.Abdullayev “Xalq” qəzetində dərc olunan məqaləsində bildirib.
O vurğulayıb ki, cari il SOCAR 93 quyunu istifadəyə verməyi planlaşdırır.
“SOCAR qazma prosesində müasir texnologiyaları fəal tətbiq edir”, - şirkətin prezidenti qeyd edib. **
A.Əzizov