Biləsuvar rayonunda “KAMAZ” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşması nəticəsində 4 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verən hadisə yerinə cəlb olunublar. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər”, - məlumatda deyilir.
Əməliyyat saat 07:56-da başa çatıb. **
R.Babayev