2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 25,9% - 82,533 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $18 mln. 33,1 min məbləğində qiymətləndirilir (2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə artım 16%)”, - deyə məlumatda bildirilir.
Bu ilin 7 ayı ərzində Azərbaycana $40 mln. 9,2 min (artım 99,5%) dəyərində 219 min ədəd hesablama maşını, blok və qurğusu (artım 71,6%) idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 1,9 dəfə - 71,227 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $11 mln. 664,6 min (artım 63,1%) təşkil edir.**
A.Əzizov