7-8 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadası (WRO) üzrə Azərbaycan seçim yarışı keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bakı Olimp İdman Kompleksindəkeçiriləcək yarışda 8-19 yaşlı gənclər iştirak edəcək.
Olimpiada aşağıdakı kateqoriyalar üzrə mübarizə LEGO-robotların yarışından ibarətdir: əsas, açıq, və robot futbolu.
Yarışda qalib gələn komandalar cari ilin 10-12 noyabr tarixlərində Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər. **
R.Babayev