Sentyabrın sonunda Azərbaycan və Brüssel arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“28-29 sentyabr tarixlərində Brüsseldə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların növbəti raundu keçiriləcək”, - nümayəndəlikdən bildirilib.
14 noyabr 2016-cı il tarixində Avropa İttifaqı Şurası Avropa Komissiyası və Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyə Aİ və onun üzv dövləti adından Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib. Yeni saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.Tərəflər 2017-ci ilin sonuna kimi danışıqları başa çatdırmağı ümid edirər. **
R.Babayev