Türkiyədə inşa olunan “STAR” Neft Emalı Zavodnun fəaliyyətindən ilk beş il ərzində Azərbaycanın gəlirləri illik $600 mln.-u ötəcək. Bu barədə SOCAR şirkətinin prezidenti Rövnəq Abdulayev çərşənbə günü 20 sentyabr - Neftçilər Günü münasibətilə tədbirdə bəyan edib.
“Bizim qiymətləndirmələrimizə görə, “STAR” NEZ istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycanın gəlirləri $600 mln.-dan artıq təşkil edəcək”, - R.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, gələcək 10 il ərzində fəaliyyətdən gəlirlər artacaq və illik $800 mln.-u ötəcək.
“Zavodun tikinti işləri 2018-ci ilin ikinci yarısında başa çatacaq. İlk növbədə, NEZ “Petkim” neft-kimya kompleksini xammal ilə təmin edəcək”, - o əlavə edib. **
F.İsazadə