2016-cı ildə bağlanan 10 bankın əmanətçilərinə ümumilikdə 747,93 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
"Texnikabank" ASC-nin əmanətçilərinə 120,408 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,191 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976,441 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 72,196 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 43,222 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,914 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,088 mln. manat, “United Credit Bank” əmanətçiləri 1 mln. 837 min manatdan artıq (qalıq 262,485 min manat) kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,352 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 2,004 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə isə 437,737 mln. manatdan çox (3,416 mln. manat) kompensasiya ödənilib.**
A.Əzizov