Gənclər və idman naziri,II Avropa Oyunlarının Koordinasiya Komissiyasına üzvü Azad RəhimovKomissiyasının iclasında iştirak edəcək.
“Sentyabrın 21-də A.RəhimovunBelarusa səfəri başlayır. Səfərin məqsədi "Minsk 2019" II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və hazırlıq prosesi ilə yaxından tanış olmaqdır”, - nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Komissiyanın iclasında Oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, Atletlər Kəndində görüləcək işlər, Milli Olimpiya komitələri ilə işin qurulması, yayım, marketinq, nəqliyyat və digər mövzular müzakirə olunacaq.
Səfər çərçivəsində A.Rəhimov yarışların keçiriləcəyi "Minsk Arena", Gimnastika Arenası, Velosiped Mərkəzi, Badminton Mərkəzi və digər idman obyektlərinə səfər edəcək.
2015-ci ildə Bakıda I Avropa Oyunları keçirilib. **
R.Babayev