Xəzər dənizinin Azəırbaycan sektorunda “Ümid” yatağının hasilatı ilə məşğul olan “SOCAR-ÜMİD” MMC 10 saylı quyuda yüksək hasilatı bərpa edib.
“Ümid” yatağındakı 10 saylı quyu2012-ci ildə istifadəyə verilib. Quyudan sutkalıq 750 min kubmetr qaz və 150 ton kondensat hasil edilir. Lakin, son zamanlar quyuda hasilatın azalması müşahidə olunub”, - SOCAR-ın saytında məlumat verilir.
“SOCAR-ÜMİD”-in geoloqları hasilatın azalması səbəblərini araşdıraraq onları aradan qaldırıblar. “Nəticədə, hazırda quyudan gündəlik 600 min kubmetr qaz və 110 ton kondensat hasil edilir”, - məlumatda vurğulanır.
“Ümid” yatağındakı 10 və 14 saylı quyulardan ümumilikdə sutkada 1,5 milyon kubmetr qaz və 250 ton kondensat hasil edilir. **
A.Əzizov