Azərbaycan Xarici Işlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsini araşdırır.
“Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri F.Pallone və T.Qebrdin Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra onlar barəsində müvafiq tədbirlər görüləcək”, - “İntrerfaks-Azərbaycan” agentliyinə XIN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, F.Pallone və T.Qebrd “uzun illərdir ABŞ-ın erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tamamilə onlardan asılı vəziyyətdədirlər”. **
F.İsazadə