Ermənistanın hazırki prezidenti Serj Sarkisyan 1992-ci ildə Dağlıq Qarabağda Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədənlərdən biridir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində bəşəriyyətə qarşı cinayət törədib. 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədilib. Bu cinayəti törədənlərdəın biri - Ermənistanın hazırki prezidentidir”, - İ.Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib. **
F.İsazadə