Azərbaycan “Expo-2025” sərgisinin Bakıda keçirilməsi üçün namizədliyinin Qoşulmama Hərakatına üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Azərbaycan “Expo-2025”-ə ev sahibliyi etmək üçün müraciət edib. Biz bu seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə namizəd olan Azərbaycanın namizədliyinin Hərakata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik”, - E.Məmmədyarov Nyu-Yorkda Qoşulmama Hərəkatının Nazirlər Görüşündə çıxışında bildirib.
Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya, Fransa və Yaponiya “Exposition Universelle 2025” sərgisinə namizədliklərini irəli sürüb.
Sərgini keçirmək üçün namizəd şəhərlər Bakı, Paris, Yekaterinburq və Osakadır.
Qalib 2018-ci ilin noyabrında BİE-nin 164-cü Baş Assambleyasında 170 üzv dövlətin səsverməsi ilə müəyyənləşəcək.
Sərginin 2 may-2 noyabr 2025-ci il tarixlərində keçiriləcəyi gözlənilir.
“Exposition Universelle” sərgisi hər 5 ildən bir təşkil olunur. Sonuncu “Exposition Universelle” 2015-ci ildə Milanda (İtaliya) təşkil olunub. Növbəti sərgi 2020-2021-ci illərdə Dubayda keçiriləcək. **
A.Əzizov