2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana 98 min 562 ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $27 mln. 96,3 min (artım 2,7 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycana $3 mln. 871,6 min dəyərində (azalma 66,6%) 17 min 481,6 ton sement və klinker (azalma 93%) idxal edilib.
Hesabat dövründə respublikaya $16 mln. 265,4 min dəyərində (azalma 27,1%) 14 min 85,1 ton (azalma 27%) polietilen idxal edilib.
Yanvar-iyul aylarında Azərbaycana $100 mln. 520,5 min dəyərində 162,8 min ton metalyayma məhsulu (artım 7,3%), $33 mln. 390,7 min dəyərində 66 min 380,1 ton qara metaldan hazırlanan çubuqlar (artım 23,8%), $15 mln. 904,1 min dəyərində 22 min 255,4 ton qara metaldan hazırlanan günyə (artım 35,6%), $97 mln. 500,1 min dəyərində 57 min 451 ton qara metaldan hazırlanan boru (azalma 66,2%) idxal edilib.**
A.Əzizov