Erməni xalqı Serj Sarkisyanın kriminal rejimindən xilas olmalıdır. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənov bəyan edib.
“Erməni xalqı özünün parlaq gələcəyinin təminatı məqsədilə hazırki prezident Serj Sarkisyandan xilas olmalı, Sarkisyan-Koçaryan cinayətkar tandemindən azad olmalıdır”, - Ə.Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı"kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatında çıxışında bİldirib.
Onun sözlərinə görə, S.Sarkisyan ölkəsini uçuruma aparır. “Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışına baxdım. O, çıxışı zamanı özünü təlxək kimi aparırdı və bütün dünyaya biabır oldu. İşğalçı dövlətin prezidenti çıxışında Azərbaycana qarşı iddialar səsləndirib. Halbuki Ermənistan onilliklər ərzində Azərbaycanın ərazilərini işğal altında saxlayır”, - baş nazirin müavini qeyd edib.
Ə.Həsənov dünya birliyini işğalçı ölkə olan Ermənistanla əməkdaşlığı tam dayandırmağı çağırışı ilə beynəlxalq təşkilatlara müraciət edib.
“Həm Azərbaycan, həm Ermənistan xalqları bu problemdən yorulublar. Ermənilər Sarkisyandan xilas olmalı və ona erməni xalğına hörmət edən əvəz tapmalıdırlar”, - o vurğulayıb.
Baş nazirin müavini bildirib ki, Azərbaycan gec və ya tez ərazilərini azad edəcək.
“Cocuq Mərcanlı kəndinin bərpası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına məcburi köçkünlərin böyük qayığışının başlanğıcıdır”, - Ə.Həsənov bəyan edib. **
R.Babayev