“Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində hasilat və dikborular platformasının üst tikililərinin quraşdırılmasını başa çatdırıb. Bu barədə “BP-Azerbaijan” şirkəti (layihənin texniki operatoru) məlumat verib.
Öncə cari ilin iyun ayında yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililəri dənizə yola salınaraq öz yerinə quraşdırılıb.
HDB platformasının üst tikililərinin çəkisi 15,8 min ton, uzunluğu 100 metr, eni 60 metrdir.
HDB platformasının üst tikililəri AMEK-Tekfen-Azfen (ATA) konsorsiumu tərəfindən inşa edilib.
“Mərhələ-2” çərçivəsində işlər qrafikə tam uyğun şəkildə və planlaşdırılmış büdcəyə uyğun olaraq aparılır. HDB platformasının üst tikililərinin dənizdə təhlükəsiz şəkildə quraşdırılması “Mərhələ-2”nin başa çatdırılması və 2018-ci ildə ilk qaz hasilatı üçün mühüm əhəmiyyət kəsb edir”, - BP-nin layihələr üzrə vitse-prezidenti Evan Drummond bildirib. **
A.Əzizov