Bakıda Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair sazişin 2017-ci ilin sonuna kimi imzalanacağını gözləmirlər. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Bu il Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını gözləməyə dəyməz”, - M.Məmmədquliyev cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sazişin keyfiyyəti Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. “Prinsip etibarilə, cari ilin sonuna kimi də saziş imzalamaq mümkündür. Bu halda biz Avropa dövlətlərinin bütün şərtlərini qəbul etməliyik. Lakin bizim üçün milli maraqlarımız və sazişin keyfiyyəti vacibdir”, - nazir müavini qeyd edib. **
R.Babayev