Rusiya Xarici İşlər Nazirliyi məhkəmənin qərarına əsasən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin ölkəyə qarşı qeyri-dost addım olmasına dair Azərbaycanın bəyanatları ilə əlaqədar heyrət hissini ifadə edir.
“Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin məhkəmənin qərarı ilə ÜAK-ın ləğvinə dair yeni bəyanatlarına diqqət yetirdik. Qurumun ləğv edilməsinə səbəb, məlum olduğu kimi, bu təşkilat tərəfindən federal qanunverciliyi çoxsaylı pozuntuları olub”, - Rusiya XİN-in saytında dərc olunan İnformasiya və mətbuat departamentinin şərhində deyilir.
“Bu məsələyə dair ətaflı məlumat biz tərəfdən artıq verilib. Lakin cənab Hacıyev, bizim nöqteyi-nəzərimizə görə, Rusiya məhkəməsinin bu ölkənin ictimai təşkilatı barəsində çıxardığı qərarın Azərbaycan barəsində “qeyri-dost addım kimi” qiymətləndirilməsi, hətta hansısa vəchlə Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçi missiyasını mürəkkəbləşdirəcəyinə dair qəribə fikir yürütməyə davam edir. Bu, bizdə artan heyrətdən başqa heç bir hiss doğurmur”, - nazirlikdən qeyd ediblər.
“Rusiya Azərbaycanla strateji tərəfdaşlığı çox qiymətləndirir. Əlaqələrin hər vasitə ilə möhkəmləndirilməsi istiqaməti dəfələrlə iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən təsdiq olunub”, - nazirlikdən yekun vurulub. **