İndiyədək Azərbaycanda sahibkarlar heyvandarlıq sahəsində layihələrin reallaşdırılmasına indiyədək ümumilikdə 628 mln. manat güzəştli kredit əldə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) məlumat verilib.
“İndiyədək 23,7 mindən artıq sahibkar SKMF xətti ilə heyvandarlıq sahəsində layihələrin reallaşdırılmasına 628 mln. manat kredit əldə edib”, - Fonddan qeyd ediblər.
O cümlədən, heyvandarlıq komplekslərinin yaradılması fəal maliyyələşdirilir. “SKMF-nin kredit dəstəyi ilə 20 bu cür kompleks artıq istifadəyə verilib. 4 kompleks üzrə tikinti-quraşdırma işləri davam etdirilir”, - Fonddan vurğulanıb. **
A.Əzizov