Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində hərbi birləşmələrin komandirlərinə düşmənin hərəkətlərinin qarşısını almağı əmr edib. Bu barədə nazirlikdən məlumat verilib.
“Z.Həsənov kollegiya iclasında hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. **
F.İsazadə