23-24 noyabr tarixlərində Bakıda “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adı altında II “Bankçılıq Forumu”nun keçiriləcək. Bu barədə Azərbaycan Banklar Assosiasiyasından məlumat verilib.
Forumun təşkilatçıları qismində ABA və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzi çıxış edir.
“Forumun məqsədi bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin artırılması istiqamətlərinə dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır”, - məlumatda deyilir.
Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarınınnümayəndələri iştirak edəcək. **
A.Əzizov