Cümə günü Ermənistanın “Avronest”PA-dakı nümayəndə heyətinin rəhbəriArmen Aşotyanvə deputatlar Mane Tandilyan və Aram Baseqyan “Avronest” Parlament Assambleyasının Bakıda təşkil etdiyi forumda iştirak edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Forum Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” Proqramının “Avronest” PA-nın Sosial, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri Komissiyası tərəfindən təşkil olunub.
Tədbir “Şərq Tərəfdaşlığı”na üzv ölkələrində gender bərabərliyi və qadınların sağlamlığının təşviqi məsələlərinə həsr olunub. **
R.Babayev