Azərbaycan Avropa İttifaqının bütün ölkələri ilə əməkdaşlığın inkişafına, o cümlədən gender bərabərliyinin təminatına böyük önəm verir. Bunu xarici işlər nazirinin müavinin Xələf Xələfov deyib.
“Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və Avropa ölkələri ilə həmçinin gender bərabərliyinin və qadın sağlamlığının təminatı məsələlərində əməkdaşlığa böyük önəm verir,- X.Xələfov Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının “Avronest” PA-nın "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda bildirib.
Nazir müavini vurğulayıb ki, Bakı tezliklə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin imzalanmasında maraqlıdır.
“Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşıdır. Bizim aramızda enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakı Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşdırılan genişmiqyaslı nəqliyyat layihələri Aİ ilə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək”, - o qeyd edib.
X.Xələfovun sözlərinə görə, Azərbaycan hökuməti gender bərabərliyinin və qadın sağlamlığının təminatına diqqət ayırır. “Ölkəmizdə qadınların siyasi, iqtisadi və sosial həyata fəal cəlb olunması üçün çox iş aparılır”, - o qeyd edib. **
R.Babayev