Təxminən 900 Azərbaycan vətəndaşı Suriya vəı İraqda qanunsuz silahlı burləşmələr və terror təşkilatlarına qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Təhlükəsizlik Xidmətindən mənbə bildirib.
“Bizdə olan məlumatlara əsasən, Yaxın Şərqdə hərbi əmliyyatlar başlanandan (Suriya və İraqda - İF) təxminən 900 Azərbaycan vətəndaşı qanunsuz silahlı birləşmələr və terror təşkilatlarına qoşulub. Həmçinin bizdə onların əksəriyyətinin əks-terror əməliyyatları zamanı öldürüldüyü barədə məlumat var”, - agentliyin müsahibi bildirib.
Öncə Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayev qeyd edib ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən,terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib. **
F.İsazadə