SOCAR şirkəti “Günəşli” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“115 nömrəli quyu “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən qazılıb. Quyunun sutkalıq debiti 190 min kubmetr qaz və 5 min ton kondensat təşkil edir”, - şirkətdən qeyd olunub.
Quyu 28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
SOCAR-ın məlumatına görə, şirkət üçün prioritet vəzifələrdən biri fəaliyyətsiz fondda olan quyuların istismara qaytarılmasıdır, bu da neft və qaz hasilatının artırılmasına imkan yaradacaq.
“2017-ci ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu istismara daxil edilib. Bu quyulardan yanvar-avqust ayları ərzində 125,6 mln. kubmetr qaz və 167,6 min ton neft hasil edilib”, - məlumatda vurğulanır. **
A.Əzizov