Oktyabrın əvvəklində Ukraynanın xarici işlər naziri Pavel Klimkin Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“2-3 oktyabr tarixlərində P.Klimkinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Səfər çərçivəsində o, azərbaycanlı həmkarı E.Mmmədyarov və digər rəsmi şəxslərlər görüşlər keçirəcək”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşklıq, o cümlədən regional və qlobal formatda qarşılıqlı əlaqəyə sair bir sıra məsələləri müzakirə edəcəklər. **
F.İsazadə