Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin 2017-ci il sentyabrın 28-də Stavropol şəhərində “İnvestisiyalar, innovasiyalar, turizm” VIII Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək. Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Tədbirin təşkilatçıları Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyidir.
“M.Oreşkin forumun plenar iclasında çıxış edəcək”, - deyə məlumatda bildirilir.
Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçiriləcək.
Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, 12 ikitərəfli əməkdaşlıq sənədi imzalanıb.*
A.Əzizov