Oktyabrın 2-də Asiya İnkişaf Bankının (AİB) rəhbərliyi Azərbaycanın dəmir yolları sısteminin inkişafına $400 mln. məbləğində kreditin təsdiqi müddətinin müzakirəsi məqsədilə görüş keçirməyi planlaşdırır. Bu barədə bankın saytında məlumat verilir.
“AİB Azərbaycanın dəmir yolları sısteminin inkişafı proqramına $400 mln. məbləğində kredit ayırmağı planlaşdırır. Avqustun 27-dən sentyabrın 7-dək layihə üzrə qiymətləndirmə aparan bankın missiyası Bakıda olub”, - məlumatda qeyd olunur.
Bununla əlaqədar, oktyabrın 2-də layihəyə Direktorlar Şurasında təsdiqlənəcəyi tarixin müəyyən edilməsi məqsədiləbankın rəhbərliyi tərəfindən baxılacaq.
Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə aktivliyinin artırılması, ADY-nin yeni korporativ qurumunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur. **
A.Əzizov