Əmlak Məsələləri Dövlət Komitəsitərəfindən 24 oktyabrda yeni hərrac keçiriləcək. Bu barədə Komitədən məlumat verilib.
“Hərraca 156 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir”, - məlumatda deyilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı rayonunda olan 42 saylı mağazadır.
Bundan başqa, paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manata, Sumqayıtda olanLaçın restoranı 205 min manata hərraca çıxarılacaq.
Ümumilikdə, hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 61-i paytaxtda yerləşir. **
A.Əzizov