Azərbaycanın gömrük orqanları BP şirkəti ilə əməkdaşlıq çərçivəsində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçiriblər. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edib.
Bazar ertəsi A.ƏliyevBP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consu (Gary Jones) qəbul edib.
“A.Əliyev Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən bəhs edib. O qeyd edib ki, gömrük orqanları gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirirlər”, - məlumatda deyilir.
Həmsöhbətlər Azərbaycanla BP şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər.
Bundan başqa, tərəflər gömrük sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbir və proqramlarda qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə ediblər. **
F.İsazadə