Bazar ertəsi Bakının Neftçilər prospektində BP şirkəıtinin baş ofisində birinci mərtəbədə kompyuter avadanlığında qısaqapanma nəticəsində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 16-mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompyuter avadanlığı yanıb.
“Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb”, - məlumatda deyilir
Öncə mətbuatdan bildiriblər ki, insidentlər əlaqədar baş ofisin bütün əməkdaşları təxliyə edilib.
Hazırda binada normal iş rejimi bərpa olunub, bütün əməkdaşlar özlərinin iş yerlərinə qayıdıblar. **
R.Babayev